Oxşar xəbərlər
Qırğızıstan və Özbəkistan dövlət sərhədinin ümumi hissəsinin demarkasiyası prosedurunu başa çatdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə danışıqlardan sonra bildirib.
O, müvafiq sazişi imzaladıqdan sonra deyib: “Sərhəd məsələlərinə son qoyuldu”.
Japarovun sözlərinə görə, bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin inkişafında əsas rol oynayacaq və Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyə töhfə verəcək.