1 Fevral 2023 17:58
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Səadət partiyasının sədri Təməl Karamollaoğlu Xümhuriyyət Xalq partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlunun namizəd olacağı təqdirdə seçkiləri qazanacağını bildirib.

Teleqraf.com xəbər verir ki, Karamollaoğlu CHP liderinin namizəd olmaq niyyətini “Mən - Kamalam, gəlirəm” sözləri ilə ortaya qoyduğunu deyib.

Partiya lideri iddia edib ki, müxalifət blokunun namizədi kim olur-olsun 99 faiz qalib gələcək.

Müxalifətin “Altılıq Masası” bloku vahid namizədini fevralın 13-də Səadət Partiyasının ev sahibliyi edəcəyi toplantısından sonra açıqlayacaq. Karamollaoğlu toplantıdan əvvəl alyansa üzv partiyaların liderləri ilə namizəd məsələsi ilə əlaqəli danışıqlar aparır.


Müəllif: Mənsur Rəğbətoğlu