3 Fevral 2023 08:29
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

FTB-nin yaxın günlərdə ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin evində axtarış aparacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata əsasən, M.Pensin İndianadakı evində "gizli" sənədlər axtarılacaq.

Mənbələr bildiriblər ki, ABŞ Ədliyyə Nazirliyi hazırda M.Pensin hüquq komandası ilə axtarışların dəqiq vaxtı ilə bağlı danışıqlar aparır.

Xatırladaq ki, ötən gün FTB ABŞ prezidenti Co Baydenin Delaverdəki okean sahilindəki evində axtarış aparıb. Son aylarda C.Baydenin Uilminqtondakı iqamətgahında, eləcə də Vaşinqtondakı C.Bayden adına Diplomatiya və Qlobal Fəaliyyət Mərkəzində axtarışlar aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər