Kahramanmaraş və Qaziantəpdə baş verən güclü zəlzələlərdən sonra Ukrayna prezidentinin həyat yoldaşı və bu ölkənin birinci xanım Alyona Zelenskaya Türkiyəyə başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, Zelenskaya Türkiyə prezidentinin həyat yoldaşı və bu ölkənin birinci xanımı Əminə Ərdoğana xitabən türk xalqına hər cür kömək etməyə hazır olduqlarını bildirib.
“Öz faciəmizə baxmayaraq, bu gün düşüncələrimiz, dualarımız Türkiyə ilə birlikdədir. Minlərlə insanın ölümü və iztirabları təsvirolunmaz ağrıdır. Əminə Ərdoğan, sizinləyik və hər cür kömək etməyə hazırıq. Fəlakətdən zərər çəkənlərə başsağlığı verirəm. Ukrayna sizinlədir”, - Ukraynanın birinci xanımı deyib.