7 Fevral 2023 21:56
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzən Ermənistan dərsdən yayınmaması üçün arabir başının arxasına şillə vurmağa ehtiyacı olan geridə qalan məktəbli oğlana bənzəyir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Ermənistan-Azərbaycan sülh danışıqlarındakı son gəlişməyə diqqət çəkib:

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dediyinə görə, bu günlərdə Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif alıblar. Mirzoyan İrəvanın bunları nəzərdən keçirdiyini və mətn üzərində işləməyə davam etdiyini bildirib.

Prosesin müddətinə, sülh müqaviləsinin mətninin hazırlanmasına baxsaq, erməni tərəfi sanki siyasi razılaşma yox, bir neçə hissədən ibarət roman hazırlayır. Sülh müqaviləsi müvafiq beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərə əsaslanan aydın dildən ibarət olmalıdır. Biz onlara beş prinsip təqdim etdik. Razılaşdılar. Bu qədər uzun müddət “mətn üzərində işləmək” üçün başqa nələr fikirləşə bilərsiniz?

Görünən odur ki, prosesi süni şəkildə gecikdirməyə çalışırlar. Bəzən Ermənistan dərsdən yayınmaması üçün arabir başının arxasına şillə vurmağa ehtiyacı olan geridə qalan məktəbli oğlana bənzəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər