Rus ordusu gün ərzində 3 raket və 45 hava zərbəsi endirib. Bu cinayətlər nəticəsində üç dinc sakin həlak olub, daha üç ukraynalının vəziyyəti ağırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.
Qeyd edilir ki, rus ordusu çoxsaylı raket sistemlərindən, xüsusən də Xerson bölgəsindəki mülki infrastruktura 67 hücum həyata keçiriblər.
Rusiyanın bütün Ukrayna ərazisində növbəti hava və raket zərbələri təhlükəsi yüksək olaraq qalır.