"Bu gün Ukraynaya 50-dən çox raket atılıb. Onların əksəriyyəti Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub".
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.
Baş nazir bildirib ki, qərb, mərkəzi və şərq bölgələrində yüksək gərginlikli infrastruktura ziyan dəyib:
"Düşmən enerji sektoruna mümkün qədər çox ziyan vurmaq üçün bütün gücünü işə salır. Qərb, mərkəzi və şərq bölgələrində yüksək gərginlikli infrastruktura və generasiyaya ziyanlar vurulub ki, bu da elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər".