13 Fevral 2023 13:47
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ diplomatlara, dövlət qulluqçularına, təhlükəsizlik orqanlarının əməkdaşlarına və hərbçilərə qarşı terror aktları həyata keçirmək üçün yaraqlıları Rusiya və MDB ölkələrinə göndərməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti yerli mətbuata məlumat verib.

“Xarici kəşfiyyat xidmətinə daxil olan etibarlı məlumata görə, ABŞ ordusu Rusiya və MDB ölkələrində terror aktları törətmək üçün İŞİD və “Əl-Qaidə” terror təşkilatları ilə əlaqəli cihadçı qruplaşmalardan yaraqlıları fəal şəkildə cəlb edir. Şimali Qafqaz və Mərkəzi Asiya ölkələrindən olanların əməkdaşlığa cəlb edilməsinə xüsusi diqqət yetirilir”, - Rusiya Xarici Kəşfiyyat Xidmətinin açıqlamasında deyilir.

Xidmətin məlumatına görə, yanvarda bunun üçün Suriyanın Hums əyalətində beynəlxalq koalisiyanın Əl-Tanf hərbi bazasında təlim keçən ümumilikdə 60 yaraqlı seçilib.

MDB ölkələrinə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya və Tacikistan daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər