26 Dekabr 2014 09:58
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında avtomobili idarə etdiklərinə görə saxlanılmış iki qadının işi terrorçuluq məsələrinə baxan məhkəməyə verilib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, müttəhimlərin vəkilləri bu qərardan şikayət edib.
25 yaşlı Louyain əl-Hathloul Səudiyyə Ərəbistanından avtomobil ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə daxil olarkən həbs olunub.

Digər qadın, BƏƏ-də jurnalist işləyən 33 yaşlı Maysa əl-Amoudi ondan əvvəl saxlanmış Louyain əl-Hathloulə dəstək məqsədilə qonşu ölkədən Səudiyyə Ərəbistanına şəxsi avtomobilində qayıdarkən sərhəddə həbs olunub.

Son illər ərzində Səudiyyə Ərəbistanında qadınlar diskriminasiya hallarına qarşı etiraz aksiyaları keçirir.

Samir


Müəllif:

Oxşar xəbərlər