Bu gündən Hind okeanının cənub hissəsində Rusiya, Çin və Cənubi Afrikanın birgə hərbi dəniz təlimləri başlayır.
Teleqraf.com xəbər verir ki, faktı Cənubi Afrika Respublikasının Müdafiə Nazirliyi təsdiq edib.
Təlimlər fevralın 27-də KvaZulu-Natal əyalətinin Durban və Riçards Bay şəhərləri yaxınlığında başa çatacaq. İlk belə təlim dörd il əvvəl Cənubi Afrika sularında keçirilib.
Rusiyadan Şimal Donanmasının gəmilərinin bir qrupu "Admiral Gorşkov" freqatının tərkibində təlimlərdə iştirak edir.
Təlimlər zamanı dəniz sistemlərinin qarşılıqlı fəaliyyətinin işlənməsi, dəniz quldurluğu ilə mübarizə və təbii fəlakətlərə cavab tədbirlərinin təkmilləşdirilməsi planlaşdırılır.