19 Fevral 2023 23:58
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası Rusiya Federasiyasına qarşı müdafiə, enerji və maliyyə sahələrində yeni sanksiyalar qəbul etmək, habelə Rusiyaya qarşı əlavə ixrac nəzarəti mexanizmlərini tətbiq etmək niyyətindədir.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən bildirib.

"Prezident Co Baydenin administrasiyası Rusiyaya qarşı yeni ixrac nəzarəti və onun əsas sənaye sahələrini hədəf alan növbəti sanksiyalar paketinin tətbiq etməyə planlaşdırır", - deyə agentlik qeyd edib.

Bildirilib ki, tədbirlər Rusiyanın müdafiə və enerji sektoruna, maliyyə qurumlarına və bir neçə şəxsə qarşı yönəldiləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər