20 Fevral 2023 00:57
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya Hərbi Hava Qüvvələrinin istifadəsindən çıxarılan MiQ-29 qırıcıları respublikanın Milli Şurasında (parlamentdə - red.) belə bir imkanın ilkin müzakirəsi aparılmadan Ukraynaya verilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

“Əgər biz MiQ-lərin Ukraynaya və hansı şərtlərlə verilməsi barədə qərar qəbul etməkdən danışırıqsa, onda bunu ilk növbədə parlamentdə müzakirə edəcəyik”, - Nad deyib.

Onun sözlərinə görə, bu məsələ aktual olanda ali qanunverici orqana təqdim ediləcək.

Nazir qeyd edib ki, MiQ-29-ların mümkün transferi Slovakiyanın müdafiə qabiliyyətini zəiflətməyəcək. Bu qırıcılar birdəfəlik milli hərbi hava qüvvələrinin tərkibindən çıxarılır. Onların yarıdan çoxu, Ukraynaya ianə edildiyi təqdirdə, respublika Avropa İttifaqı tərəfindən kompensasiya edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər