Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasında xalqa müraciət edir.
Teleqraf.com xəbər verir ki, Putin çıxışında Ukraynanı “Qərbin əsiri” adlandırıb.
Onun sözlərinə görə, Qərb Ukraynanı böyük müharibəyə hazırlayır.
Rusiya liderinin çıxışından diqqətçəkən məqamlar:
- Rusiya təhlükəsizliklə bağlı Qərblə dialoqa açıq idi, amma bunun müqabilində ikiüzlü reaksiya və NATO-nun genişlənməsini gördü.
- Müasir dünyada “qondarma sivil ölkələr və digərləri” kimi bölünmə olmamalıdır və Rusiya Federasiyası buna qarşı mübarizə aparacaq.
- Qərb “işarələnmiş kartlarla” oynayır, öz xəyanətindən keflənir, “Minsk-2” prosesini “tamaşa və blef” adlandırır.
- Kiyev nüvə silahı əldə etməyə cəhdlər edib.
- Qərb Yuqoslaviyada, Liviyada və başqa ölkələrdə etdiklərinin ardından heç vaxt bu biabırçılığını yuyub təmizləyə bilməyəcək.
- Şərəf, etibar, ədəb anlayışı Qərb üçün deyil, o, bütün dünyaya tüpürməyə öyrəşib.
- Kiyev və Qərb arasında hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və digər texnikanın tədarükü ilə bağlı danışıqlar hələ xüsusi hərbi əməliyyat başlamazdan əvvəl aparılıb.