21 Fevral 2023 22:26
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir.

Yağışların fəsadları ilə mübarizəyə hərbçilər də cəlb olunub.

Son gün ərzində əraziyə bir aylıq yağıntı norması düşüb. Təbii hadisə çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər