Ötən ilin noyabr ayında Rusiya lideri Putinlə görüşdən qısa müddət sonra infarkt keçirən Belarusun xarici işlər naziri Vladimir Makeyin ölümü ilə bağlı yeni detallar ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Vladimir Makey 2012-ci ilin avqust ayından etibarən Belarusun xarici işlər naziri vəzifəsindən çalışıb.
Belaruslu səlahiyyətlilər Makeyin infarkt nəticəsində öldüyünü bəyan edib.
3 ay sonra Belarusda Makeyin ölümü ilə əlaqədar yeni xəbər ortaya çıxıb. İddiaya görə, nazir Prezident Lukaşenkonun yerini tutmaq istəyib, xüsusilə Qərb ölkələri ilə yaxşı əlaqələrə malik olub. Bu çərçivədə, Rusiyanın Makeyin ölümündə əlinin olduğu iddia edilir.
Digər xəbərdə Putin 2030-cu ilə qədər Belarusu Rusiyaya qatmaq istəyinə Vladimir Makeyin qarşı olduğu bildirilib.
ABŞ-ın ATƏT-dəki səfiri Maykl Dülger bildirib ki, Rusiyanın Belarus üçün hədəfləri Ukrayna ilə eynidir.
Maraqlıdır ki, noyabrda vəfat edən nazirin cənazə törəninə nə Belarusiya, nə də Rusiya rəsmiləri qatılmayıb.
Belarus mətbuatında isə nazirin şəxsi həyat problemləri olduğu, xanımı və oğlu ilə münasibətlərinin olmadığı iddia edilib.
Makeyin ölümünün səbəblərindən biri də zəhərlənmədir. Bu çərçivədə nazirin Ermənistanda iştirak etdiyi sammitdə ruslar tərəfindən zəhərləndiyi iddia edilib. Bu iddiaları dəstəkləyən bəyanat rus iş adamı və müxalifətçi Leonid Nevzlindən gəlib.