23 Fevral 2023 11:41
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Tennessi ştatında uranın zənginləşdirilməsi müəssisəsi olan Y-12 Milli Təhlükəsizlik Kompleksində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, Y-12 Milli Təhlükəsizlik Kompleksində hər kəs təxliyə edilib və yanğının insan itkisinə yol açmasının qarşısı alınıb.

Qeyd olunub ki, yanğın istehsal binasında başlayıb. Hadisə yerinə çox sayda təcili yardım qrupu cəlb edilib. Yanğının nəzarət altına alındığı ifadə olunub.

Qeyd edək ki, Y-12 Milli Təhlükəsizlik Kompleksi ilk atom bombası üçün uranın zənginləşdirilməsi üçün Manhetten Layihəsi çərçivəsində inşa edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər