Dünya Bankı Ukraynaya 2,5 milyard dollar əlavə qrant yardımı göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ukrayna büdcəsini dəstəkləmək üçün qeyd olunan vəsait ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən verilib.
Maliyyə yardımı həm də Ukrayna hakimiyyət orqanlarının xidmətlərinin dəstəklənməsi və “hökumətin əsas funksiyalarının” həyata keçirilməsinə yönəlib.
“Vəsaitlər müvafiq yoxlamadan sonra Ukrayna hökumətinə köçürüləcək”, - təşkilatın mətbuat xidmətinin bəyanatında deyilir.