27 Fevral 2023 12:16
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə vəziyyətində Belarusda 1,5 milyon nəfər səfərbər oluna bilər.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib.

Ukraynaya qarşı müharibədə Rusiya ilə birlikdə hərəkət edən, lakin cəbhədə əsgəri olmayan Belarus mümkün müharibə və ya hərbi vəziyyətdə ordudakı vəziyyətlə bağlı məlumat verib.

Aleksandr Volfoviç Belarus dövlət televiziyasına verdiyi açıqlamalarda, mümkün müharibə və ya hərbi vəziyyətə hazır olduqlarını vurğulayaraq deyib ki, hərbi vəziyyət elan olunarsa və iqtisadiyyat müharibə vəziyyətinə salınarsa, Belarusun hərbi potensialı buna hazırdır: "1,5 milyon insan səfərbər oluna bilər. Xalq milisləri də prosesdə iştirak edəcək, kəşfiyyat qruplarına qarşı mübarizə sahəsində köməklik göstərmək üçün yerləşdiriləcək”.

Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç də qarşıdakı dövrlərdə qüvvəyə minməsi gözlənilən xalq milisləri haqqında qanunla bağlı məlumat verib və əlavə edib ki, orduya qoşulmaq istəyən mülki şəxslərin bu tələbləri qanuniləşdirilə bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər