27 Fevral 2023 14:18
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı qadınlar üçün Argentina doğma məkana çevrilir.

Teleqraf.com xəbər verir ki, Eva Pekurova sosial mediada Argentinada uşaq dünyaya gətirmə təcrübəsinin nə qədər yaxşı olduğunu danışaraq rus qadınları bu ölkəyə çağırıb.

O, İnstaqram hesabında anestezioloqun çox diqqətlə onun kürəyini sığalladığını və doğuş zamanı ürəyaçan sözlər dediyini bildirib:

“Daha əvvəl heç vaxt belə həkim görməmişdim".

Gənc rus ana Buenos-Ayresdə hamilə rus qadınlarına uşaq dünyaya gətirməyə imkan verən bizneslə məşğul olmaq təcrübəsini bölüşüb. Minlərlə insan isə bu təcrübəni yaşamaq istəyib.

Argentina Milli İmmiqrasiya Xidmətinin (DNM) direktoru Florensiya Karinyano fevralın bildirib ki, son üç ayda 5800 hamilə Rusiya vətəndaşı ölkəyə daxil olub.

Onun sözlərinə görə, bir təyyarədə 33 rus qadın olub: "Bir təyyarədə təxminən 32, 33, 34 həftəlik hamiləlikdə olan 33 Rusiya vətəndaşı olub".

Bundan əvvəl isə hamiləliyi ağır olan altı rusiyalı qadın Buenos-Ayresin Ezeiza Beynəlxalq Hava Limanında "turist" kimi saxlanılıb.

Rəsmilərin sözlərinə görə, qadınların geri dönüş bileti olmayıb və Argentinaya hara baxmağa gəldiklərini izah edə bilməyiblər. Bununla belə, onların ölkəyə daxil olmasına icazə verilib.

2022-ci ildə 10777 rusiyalı qadın ölkəyə daxil olub və onlardan 6401-i öz ölkələrinə qayıdıb.

Carignano deyib:"Argentinaya uşaq sahibi olmaq üçün gəlin. Viza ilə gəlsəniz və bunu məcburi qaydalara uyğun etsəniz, cinayət deyil. Biz şadıq ki, onlar Argentinada yaşamağa, işləməyə və övladlarını böyütməyə gəldilər. Problem ondadır ki, bu insanlar gəlib uşaqlarını dünyaya gətirir, argentinalı kimi qeydiyyatdan keçir və bir daha geri qayıtmırlar”.

Qeyd edək ki, Argentina insanların xaricdən gələrək daha güclü pasport almaq üçün doğuş etdiyi "doğum turizmi"ndə populyarlaşan ilk ölkə deyil.

Sərhədlərində doğulanların avtomatik vətəndaşlıq alması qaydaları olan digər ölkələr də bunu yaşayıb. Bu qaydalara malik olan ölkələr ümumiyyətlə Amerika qitəsindədir. Doğum turizminin əsas istiqaməti Amerika Birləşmiş Ştatlarıdır.

Bunu təkcə ruslar etmir. Məsələn, son illər ruslar Mayamidə uşaq dünyaya gətirməsi, onların mülkləri olduğu və uşaqlarının ABŞ vətəndaşı olması adi haldır.


Müəllif: Nemət

Oxşar xəbərlər