28 Fevral 2023 18:22
2 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən zəlzələdən qısa müddət sonra sosial mediada paylaşılan fotolar Almaniyada marağa səbəb olmuşdu. Ölkənin ən təhlükəli qanqster dəstələrindən biri kimi tanınan - Remmo dəstəsinin üzvü Məhəmməd Remmonun yardım qutularının yanında poz verərərək çəkdirdiyi foto yeni bir müzakirəyə səbəb olub.

Teleqraf.com xatırladır ki, Almaniyanın məhkəmə sistemindəki kəsirdən istifadə edərək ölkədən qaçan Remmonun Türkiyədəki yardım kampaniyalarında iştirak etməsini alman mediası kəskin qınamışdı.

“Bild” qəzeti foto pozu verən Remmo dəstəsini incələyərkən onların son 10 ildə polis axtarışında olduğunu yazıb. Qəzet 2012-ci ilin əvvəlindən kəşfiyyat bölmələrinin Remmo bandasını təqib etdiyini, lakin bu dəstə ilə bağlı araşdırmaların bir nəticə vermədiyini bəyan edib.

Qeyd edilib ki, sözügedən dəstə Almaniyanın ən təhlükəli cinayət təşkilatıdır.


Müəllif: Nemət

Oxşar xəbərlər