Rusiyanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsini (START) dayandırması heç bir nəticə verməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun müdafiə siyasəti üzrə müşaviri Kolin Kahl deyib.
ABŞ administrasiyasının Moskvanın iki ölkə arasında 2011-ci ildə yenilənən Yeni START müqaviləsini dayandırması ilə bağlı sualına cavab olaraq Kahl Rusiyanın müqaviləni geri çəkmək əvəzinə dayandırmasını maraqlı adlandırıb.
O iddia edib ki, Moskvanın tamamilə geri çəkilməkdənsə, dayandırma qərarı ABŞ administrasiyasına təsir etməyəcək.
Nüvə sabitliyinin ABŞ və dünya üçün vacib olduğunu vurğulayan Kahl əlavə edib: “Rusiya nüvə silahı yarışına girəcək vəziyyətdə deyil. Xüsusilə müharibənin orduya gətirdiyi yükü və ixraca nəzarətlə bağlı sanksiyaları nəzərə alsaq, bunun üçün pulları yoxdur. Düşünürəm ki, bu, Rusiya Prezidenti Vladimir Putinin ritorik başlıqlar yaratmaq üsuludur. Praktiki olaraq bu addım vəziyyəti dəyişməyəcək”.