3 Mart 2023 22:56
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifətinin prezidentliyə namizəd seçə bilməməsi və “Altılıq Masası” bloku daxilindəki fikir ayrılığı beynəlxalq ictimaiyyətin də gündəmindədir.

Teleqraf.com xəbər verir ki, İngiltərənin “Röyter” xəbər agentliyi iqtisadi duruma və böyük zəlzələ fəlakətinə baxmayaraq, müxalifətin Prezident Rəcən Ərdoğana meydan oxuya bilməyəcəyini yazır.

“Müxalifət iyirmi ildir hakimiyyətdə olan, keçən ay Türkiyədə ən azı 45 min insanın ölümü ilə nəticələnən zəlzələlərdən əvvəl sosial problemlər səbəbindən populyarlığı azalan Ərdoğana ciddi meydan oxuya bilmir”, - agentlik bildirir.

Məqalədə bloka daxil olan partiyalar arasındakı fikir ayrılığının vahid namizədin müəyyən edilməsinə mane olduğuna diqqət çəkilir.

Məqalədə fikirlərinə yer verilən İYİ partiya rəsmisi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun güclü namizəd olduğunu, amma digər namizədlərin də müzakirə edilməli olduğunu bildirib:

“Bundan sonra nə olacağı ilə bağlı müxtəlif fikirlər var. Bu mərhələdə detallara varmamaq daha yaxşıdır. Deyə bilmərəm ki, gəlinən məqam bizi qane edir. Kritik məqamdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər