Rusiya nümayəndə heyəti və BMT nümayəndələri Cenevrədə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti” BMT-dəki diplomatik mənbəyə istinadən bildirib.
"Gələn həftə Rusiya nümayəndə heyətinin Cenevrədə BMT nümayəndələri ilə görüşəcəyini gözləyirik", - mənbə bildirib.
RİA “Novosti”nin məlumatına görə, görüşdə Rusiya taxılının və gübrələrinin ixracı ilə bağlı müzakirələrin aparılması gözlənilir.