9 Mart 2023 08:18
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan "Lenta.ru"ya müsahibəsində bəyan edib.

Çağrı Erhan vurğulayıb ki, Ərdoğanın bu cür danışıqları təşkil edib-etməyəcəyini mühakimə etmək indiki məqamda olduqca çətindir:

“Bunu etmək çətindir, çünki Türkiyə prezidenti hərbi əməliyyatları davam etdirməyə çalışan və Rusiya Federasiyası ilə istənilən danışıqlara qarşı çıxan ABŞ və Böyük Britaniyanın təzyiqi altındadır”.

Onun sözlərinə görə, Türkiyə tərəfinin əsas missiyası Putin və Zelenskinin xarici müdaxilə olmadan heç olmasa bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər