İsrail müdafiə naziri Yoav Qallantın Təl-Əvivdə amerikalı həmkarı Lloyd Ostinlə keçirdiyi birgə mətbuat konfransında İranın nüvə proqramı ilə bağlı “Hər car addıma hazır olmalıyıq” açıqlaması diqqəti ABŞ-ın paytaxtı Vaşinqtona yönəldib.
Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında bu haqda danışıb.
Qallantın verdiyi açıqlama xatırladılaraq Praysa belə bir sual ünvanlanıb: “İranın nüvə proqramı ilə bağlı İsraillə eyni mövqedəsinizmi?”
Ned Prays cavabda bildirib ki, ABŞ İranın nüvə proqramının təcili sınaq olduğunu qəbul edir və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəkləri ilə bağlı vədlərinə sadiqdir:
“Hesab edirik ki, bu qətiyyəti həyata keçirməyin ən təsirli yolu diplomatiyadır. İranın nüvə proqramından qaynaqlanan problemlərin daimi və yoxlanıla bilən həlli yalnız diplomatiya yolu ilə mümkün ola bilər. Diplomatiya həmişə birinci seçimimiz olacaq, amma qarşımızda istəksiz bir tərəf varsa, diplomatiya son seçimimiz olmayacaq”.