13 Mart 2023 17:01
3 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çin hakimiyyəti Ukrayna ilə Rusiya arasındakı müharibəni çox tez bitirə bilər. Çin Ukrayna dövlətinin tərəfini tutduqda müharibə başa çatacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı publisist və tarixçi Yuri Felştinski deyib.

“Çin bu müharibədə Ukraynanın tərəfini tutduğunu bəyan edib, Ukraynaya silah verməyə başlasa, bu müharibəni dayandıra bilər. Bunu etsə, sabah bu müharibənin bitəcəyi gün olacaq”, - tarixçi bildirib.

Felştinskinin sözlərinə görə, bundan sonra Rusiya üçün Ukraynaya qarşı müharibə tamamilə mənasız olacaq və uduzacaq.

“Əksinə, Çin Rusiyanın tərəfinə də keçə və ona hərbi yardım göstərməyə başlaya bilər. Bu, ABŞ və NATO-nun açıq şəkildə bu müharibəyə girəcəyi anlamına gələcək”, - tarixçi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər