Xorvatiya prezidenti seçkisinin ikinci turu gələn il yanvarın 15-də keçiriləcək.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, dünən keçirilən seçki zamanı seçkinin qalibini məyyən etmək olmayıb. Belə ki, seçkiyə qatılan 4 namizəddən heç biri qələbə üçün zəruri olan 50% +1 səs ala bilməyib.
Xorvatiya Dövlət Seçki Komissiyasının məlumatına görə, bütün məntəqələrdən daxil olan bülletenlərin 98,43 %-i hesablanıb. Hazırkı prezident İvo Yosipoviç 38,53 % səs alıb. Digər namizədlərdən Kolinda Qraber-Kitaroviç 37,12 %, İvan Sinçiç 16,46%, Milan Kuyundjiç isə 6,29 % səs alıblar.
Nihad