13 Mart 2023 22:03
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili azadlığa çıxandan sonra Ukrayna rəhbəri Volodimir Zelenskiyə dəstək olacağını bildirib.

Teleqraf.com xəbər verir ki, o, öz planlarını feysbuk səhifəsində açıqlayıb.

Siyasətçi qeyd edib ki, Gürcüstanda olduğu müddətdə ölkəsinə kömək etmək istəyir:

“Əks təqdirdə, Kiyevə qayıdanda Zelenskiyə kömək etməyə tam can atacağam və Gürcüstana baxmağa belə vaxtım olmaya bilər”.

Qeyd edək ki, martın 2-də Tbilisi məhkəməsi Saakaşvilini səhhətinə görə azadlığa buraxmaqdan imtina edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər