29 Dekabr 2014 08:50
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada dəri xərçəngindən dünyasını dəyişənlərin sayı artdığı üçün ölkə rəhbərliyi yanvar ayından etibarən solariumu qadağan edir. Daha dəqiq desək, 6 ştatdan 4-də qadağa rəsmi qüvvəyə minib, 2-də isə yasaq paketi ilə bağlı danışıqlar gedir.

Teleqraf.com-un məlumatına görə, ölkənin South Australia, Victoria, Queensland ve New South Wales ştatları artıq qadağanı rəsmən qəbul ediblər. Bu ştatlarda tibbi səbəblər xaricində solariumdan istifadə qadağandır. Ölkənin cənub bölgələrində isə solarium xidməti göstərən qurumlar fəaliyyət göstərmədiyi üçün qadağaya ehtiyac görülməyib. Tazmanya ve Western Australia ştatlarında isə hələ də qadağan rəsmən qüvvətə minməyib.

Avstaliyanın Xərçəng Konseyinin açıqladığı rəsmi bəyanata görə, ölkədə hər il orta hesabla 50 nəfər solariumdan qaynaqlanan dəri xərçənginə görə dünyasını dəyişir. Belə ki, hər il orta hesaba 1500 nəfər melanom qaynaqlı dəri xərçəngi tipi melanomaya yoluxur. Avstraliya dünyada melanoma xərçəng növünün ən çox görüldüyü ölkədir.


Müəllif:

Oxşar xəbərlər