29 Dekabr 2014 07:24
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis və xüsusi xidmət orqanları “Əl Qaidə” terror təşkilatının buraxdığı “İnspire” jurnalı ilə bağlı işi tədqiq edir.

Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, nəşr həm də “tənha qurdlar” kimi tanınan tənha terrorçuları “EasyJet” və “British Airways” təyyarələrini ev şəraitində hazırlanmış bombalar vasitəsilə partlatmağa çağırır.

Jurnalın ingilis dilli müsəlmanları radikallaşdırmaq və terror fəaliyyətində iştiraka şirnikləndirmək məqsədi ilə nəşr edildiyi bildirilir. Dərc olunduğu ilk gündən o, Qərbdə yaşayan radikal dinçilər arasında belə təbliğat aparır ki, terror aktlarını elə yaşayış yerlərində həyata keçirmək olar, daha Pakistana və ya Yəmənə gəlməyə ehtiyac yoxdur.

“Belə səfərlər hökumətin diqqətini çəkə bilər. Qərbdəki hücumlar isə kafirlərin “ürəyindən” vurmuş olar” – deyə iddia olunur.


Müəllif:

Oxşar xəbərlər