14 Mart 2023 22:11
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ-nin dronuna çırpılıb.

Teleqraf. xəbər verir ki, bu barədə ABŞ Avropa Komandanlığının mətbuat xidməti məlumat verib.

Məlumata görə, bu gün Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib.

Səhər saatlarında “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb. Toqquşmadan öncə Rusiya qırıcıları PUA-nın önündə “ağılsız manevrdə” uçublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər