17 Mart 2023 20:23
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.

Məhkəmə izah edir ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

Xatırladaq ki, hələ cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhqiqat Komissiyası bəyan etmişdi ki, ukraynalı uşaqların Rusiyaya aparılması müharibə cinayəti sayıla bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər