18 Mart 2023 12:05
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Bryansk və Kursk vilayətlərinin sərhəd rayonlarında texniki-mühəndis işlər davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Volın, Polis, Siversk və Slobojansk istiqamətlərində əməliyyat vəziyyəti ciddi şəkildə dəyişməyib. Rusiya Belarus ərazisində hərbi varlığını davam etdirir, amma hücum qruplarının formalaşdırılması qeydə alınmır. Eyni zamanda, düşmən Bryansk və Kursk vilayətlərinin sərhədyanı ərazilərində mühəndislik işlərini davam etdirir”, - məlumatda deyilir.

Rusiya qoşunları son sutka ərzində Kupyan və Liman istiqamətlərində Ukrayna hərbi qüvvələrinin müdafiəsini yarıb keçməyə cəhd göstərib.

Ruslar Baxmut şəhərinə hücumu dayandırmır. Eyni zamanda, Ukrayna müdafiə qüvvələri Klişçivka və İvanovsk rayonlarında rusların hücumlarını dəf ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər