Türkiyəli jurnalist Zəfər Şahin CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinin (Millət İttifaqından) 3 aprel tarixinə qədər son variant olmadığını və hər an imtina edilə biləcəyi iddiasını irəli sürüb.
Teleqraf.com xəbər verir ki, jurnalist müxalif blokun hər gün başqa bir iddia ilə çıxış etdiyini deyib.
“Keçən həftə Bülənt Kuşoğlu (CHP) iki böyük şəhərin bələdiyyə sədrləri üçün “Seçim edəcəklər” demişdi. Bu o deməkdir: biz sizi namizəd göstərmirik. Həm Əkrəm İmamoğlu, həm də Mansur Yavaş bilməlidirlər ki, onların vitse-prezident olacaqları dəqiq deyil. Onların bələdiyyə sədrliyinə namizədliyi belə naməlumdur”, - Şahin qeyd edib.