18 Mart 2023 19:20
3 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzilərinin Türkiyənin diqqətini seçki gündəminə yönəltməsini fürsətə çevirməyə çalışdığına dair əlamətlər var. Martın əvvəlindən bölgədən (Suriyadan) ilginc xəbərlər gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Haber 7” saytının yazarı Məhmət Acət deyib.

Onun sözlərinə görə, ayın ilk günlərində ABŞ baş qərargah rəisi Mark Milli YPG terrorçuları ilə görüşmək üçün Suriyanın şimal-şərqinə səfər edib:

“Bundan sonra ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Xarici İşlər Nazirliyinə çağırıldı. Uzun müddət səfərlə bağlı səssiz qalan Mark Milli bunda məqsədinin “əməliyyat qüvvələrini yoxlamaq” olduğunu dedi. Amma həmin açıqlamada onun YPG-lilərlə danışıqlarının inandırıcı izahı yoxdur.

ABŞ qərargah rəisindən sonra CENTCOM komandanı general Maykl Kurilla da həmin bölgəyə səfər etdi. Bu yüksək səviyyəli səfərlərdən sonra İraqın şimalından (Dohuq) çox ilginc xəbərlər gəldi. PKK/YPG üzvlərinin də olduğu “Eurocopkter” AS350 tipli helikopterin qəzaya uğraması nəticəsində təşkilatın 7 üzvü öldü.

Bu diqqətçəkən gəlişmədən sonra dərhal bu kimi suallar ağla gəldi:

PKK-nın helikopteri olmadığına görə o helikopter kimə aid idi?

Helikopterdəki PKK/YPG üzvlərinin nə kimi statusu vardı?

Əldə edilən məlumata görə, qəzaya uğrayan helikopter YPG-nin Suriyanın şimal-şərqindəki qərargahlarından biri olan Hasəkədən İraqın Süleymaniyyə şəhərinə hərəkətdə olub. İki gün sonra YPG bəyanat verərək, qəzada ölənlərin öz silahlıları olduğunu etiraf edib. Hətta ölənlərdən birinin təşkilatın lideri Məzlum Kobaninin bacısı oğlu Şərvan Kobani, digərlərinin isə YPG-nin “xüsusi təyinatlı” YAT bölməsinə aid olduğu üzə çıxıb.

2015-ci ilin yayından PKK/YPG-yə qarşı mübarizə aparan Türkiyə ölkəyə qarşı təhdidləri ciddi dərəcədə minimuma endirib. Ən son “Pəncə-Kilid” əməliyyatı ilə Şimali İraqda yaradılan de-fakto təhlükəsiz zonalar Suriyadakı əməliyyatlarla yaradılan təhlükəsiz zonalara birləşdirilib.

Bəllidir ki, PKK və arxasında duran xarici güclər Suriya və İraqda baş verənləri hansısa yolla Türkiyəyə keçirmək məqsədindən dönməyiblər. Əslində, bu, onların gələcək üçün əsas strateji hədəfidir. Onlar üçün bunun yolu Türkiyənin siyasi qeyri-sabitliyə yuvarlanması, zəif siyasi qüvvələrin hakimiyyətə gəlməsi, daxili qarışıqlıq səbəbindən ölkənin təhlükəsizlik məsələlərinə diqqət yetirməməsi kimi amillərdən keçir.

HDP-çi Sezai Təməllinin bu sözünə diqqət edin: “Bu hakimiyyəti devirəcəyimiz gün son deyil, başlanğıc olacaq. Bundan sonrakı prosesin qurulmasına HDP rəhbərlik edəcək”.

Acət bildirib ki, HDP və PKK bu seçkiləri Türkiyəyə qarşı xain planlarını həyata keçirmək üçün fürsət kimi görür:

“Altılıq Masası”na doğru istiqamətlənmələrinin strateji məqsədi təmsil etdikləri hərəkatın İraq və Suriyada olduğu kimi Şərqdə və Cənub-Şərqdə də öz hökmranlıqlarını bərqərar etməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər