19 Mart 2023 15:18
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif “Altılıq Masası” blokunda səsləri az olsa da, vitse-prezidentlik iddiasında olan Gələcək, DEVA, Səadət və Demokrat partiyaları ilə bağlı Ankara böyükşəhər bələdiyyəsinin sədri Mansur Yavaşdan diqqətçəkən açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, CHP-dən olan bələdiyyə sədrinin təklifi blokda etiraz yaradıb.

“Bir neçə gün vaxtımız olsaydı, bunu təklif edərdik: mən və İmamoğlunu vitse-prezident elan edin, hörmətli sədrlərimiz deputat olsunlar və partiyalarının başında dursunlar. Məncə, bu, daha məntiqlidir. Bu, mənim fikrimdir. Bu haqda hörmətli sədrlərlə danışacam, amma ixtiyar sizindir”, - Yavaş bildirib.

Yavaşın “yeni gərginlik” kimi şərh edilən açıqlamasına ilk cavab Əli Babacanın DEVA Partiyasından gəlib.

Partiyanın sözçüsü İdris Şahin ona belə təpki göstərib:

“Altı liderin imzası ilə vitse-prezidentlik məsələsi razılaşdırılıb, hər kəs anlaşmaya uyğun hərəkət etməlidir. Əks halda bu, imza pozuntusu olardı və bunu heç kimdən gözləmirik. Başqa bir qərar veriləcəksə, o yer altı liderin görüşəcəyi masadır. Hörmətli Yavaşın bir təklifi varsa, onu təbii ki, cənab Kılıçdaroğlu vasitəsilə masaya çatdıra bilər.

Partiya liderlərinin deputat olması qərarını verəcək şəxslər də partiya liderləridir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər