24 Mart 2023 11:41
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümə günü gecə saatlarında Dnepropetrovsk və Sumı vilayətlərində partlayışlar baş verib.

Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, martın 24-də səhər saatlarında Ukraynanın bir sıra regionlarında hava xəbərdarlığı elan edilib. Bu barədə Ukrayna Vətəndaşların Xəbərdarlıq Xidməti məlumat yayıb.

Moskva vaxtı ilə səhər saat 8:54-də Dnepropetrovsk vilayətində sirenlər səslənib, bundan sonra həyəcan Poltava, Kirovohrad, Xarkov və Sumı vilayətlərinə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Zaporojye şəhərinə yayılıb.


Müəllif: Pərvin Cəfərova