24 Mart 2023 20:19
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan 14 mayda keçiriləcək prezident seçkilərində namizədliyini geri götürüb.

Teleqraf.com xəbər verir ki, o, buna dair ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla şəxsən razılığa gəldiyini bildirib.

Erbakan əlavə edib ki, partiyası Cümhur İttifaqına qatılır və partiya üzvləri seçkilərdə vahid namizəd Rəcəb Tayyib Ərdoğana səs verəcək.

Qeyd edək ki, F.Ərbakan Türkiyənin keçmiş Baş naziri Nəcməddin Ərbakanın oğludur.


Müəllif: Teleqraf.com