Güney Azərbaycanın Həmədan şəhərində Azərbaycan musiqisi və mahnısına görə restoranın fəaliyyətinə qadağa qoyulub.
Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə Həmədan şəhərinin prokuroru Həsən Xancani məlumat verib.
O, restoranda musiqi və mahnı proqramının icrasını planlaşdıran iki nəfərin saxlanılaraq həbsxanaya göndərildiklərini deyib.