28 Mart 2023 10:55
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Makron Fransanın lideri deyil, fransız bankirlərinin meneceridir, onların maraqlarına uyğun olaraq pensiya islahatını aparır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert Fransa prezidentinin öz xalqını aldatdığını bildirib:

“Bütün Fransa və siyasi Avropa Makron və saatını müzakirə edir. Fransa prezidenti dəyəri on minlərlə avro olan saatla efirə çıxıb. Ya bir yerdə özü başa düşdü, ya da məsləhətçiləri qulağına pıçıldadı – axırda saatı elə efir zamanı çıxarmaq qərarına gəldi. Saatı masanın altında qolundan çıxardı. Əlbəttə, bu, xalqın nəzərindən qaçmadı.

Makron bankirlərdən çox zəngindir, o, göz qabağında olan böyük sərvəti ilə milyonlarla insanı narazı salır. Amma bunun müqabilində Makron həyasızcasına yalan danışa bilir. Makron Fransanın lideri deyil, fransız bankirlərinin meneceridir, onların maraqlarına uyğun olaraq pensiya islahatı aparır”.


Müəllif: Mənsur Rəğbətoğlu