"Sülh müqaviləsinin imzalanması üçün Ukrayna neytral olmalı, NATO və Avropa İttifaqına (Aİ) üzv olmamalıdır".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Ukrayna nüvə silahı əldə etməyəcəyini təsdiqləməlidir. Ölkənin demilitarizasiyası və denazifikasiyası, rusdilli vətəndaşların, rus dilinin və milli azlıqların hüquqlarının müdafiəsi, Rusiya ilə sərhəddən sərbəst gediş-gəlişin təmin olunması məcburi şərtdir. Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı təqiblər dayandırılmalıdır. Ukrayna Silahlı Qüvvələrinin dağıtdığı infrastruktur bərpa olunmalıdır”, deyə nazir müavini bildirib.
M.Qaluzin həmçinin qeyd edib ki, Krım, Donetsk Xalq Respublikası (DXR), Luqansk Xalq Respublikası (LXQ), Zaporojye və Xerson vilayətlərinin sakinləri öz talelələrini özləri müəyyənləşdirməlidirlər.