6 Aprel 2023 16:06
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ximki şəhərində (Moskva vilayəti) hava hücumundan müdafiə sistemləri üçün raketlər hazırlayan zavodun ərazisinə pilotsuz uçan aparat (PUA) düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Maş” Teleqram kanalı məlumat yayıb.

“Fakel” zavodunun ərazisində PUA-nın qalığını mühafizəçilərin tapdığı bildirilir. PUA-nın antidron sistemləri tərəfindən zərərsizləşdirildiyi iddia olunur.

PUA-nın üzərində bir neçə kamera aşkarlanıb. Təhlükəsizlik orqanları kustar üsulla hazırlanmış dronun kimlər tərəfindən uçurulduğunu araşdırır.

“Fakel” zavodu S-75, S-125, S-200, S-300P hava hücumundan müdafiə sistemləri üçün zenit raketləri, “Osa” və “Tor” kompleksləri, M-1, M-2 və M-11 gəmi kompleksləri və “Kinjal”, “Osa-M” və S-300 sistemləri üçün raketlər istehsal edir.

Xatırladaq ki, martın sonunda Tula vilayətində güclü partlayış baş verib, iki nəfərin yaralandığı bildirilib. Rusiya KİV-i partlayışın Ukraynaya məxsus Tu-141 “Strij” təyyarəsi tərəfindən törədildiyini iddia edib. Bundan əvvəl isə Rostov-na-Donda Federal Təhlükəsizlik Xidmətinin (FSB) regional administrasiyasının ərazisində partlayış baş verib, daha sonra yanğın başlayıb.

Sankt-Peterburqdakı “Zirka” və Nijni Novqorod vilayətindəki “Lukoyl” neft emalı zavodlarında da yanğın olub.

Ukrayna Prezident Aparatı Rusiya ərazisində baş verən müxtəlif hadisələri “əks eskalasiya” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər