Yəmənin cənub-qərbində İbb şəhərində mədəniyyət mərkəzinin yaxınlığında kamikadze üzərinə yerləşdirdiyi bombanı işə salıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 33 dinc sakinin öldüyü bildirilib. Terror aktının qurbanları arasında qadınlar və uşaqlar da var.
Rəsmilər hadisənin “Əl Qaidə” terror təşkilatı tərəfindən törədildiyini qeyd ediblər. Yaralılarla bağlı hələlik məlumat verilmir.
Samir