16 Aprel 2023 12:36
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikası və ABŞ sabah 110-a yaxın təyyarə və 1400-ə yaxın əsgərin iştirakı ilə planlaşdırılmış iri miqyaslı aviasiya təliminə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Hərbi Hava Qüvvələrinə istinadən bildirib.

Təlimlər 12 gün davam edəcək və Qvandju Hərbi Hava Qüvvələri bazasında başlayacaq. Cənubi Koreya tərəfi 60-a yaxın təyyarədən, o cümlədən F-35A, F-15K, KF-16 qırıcılarından, həmçinin KC-330 yanacaq tökən təyyarəsindən istifadə edəcək. ABŞ tərəfi 40-dan çox təyyarə, o cümlədən Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları, A-10 hücum təyyarələri, həmçinin Dəniz Piyadaları F-35B və FA-18 təyyarələri istifadə edəcək.

Qeyd edilib ki, təlimlər F-15K və F-35 kimi dördüncü və beşinci nəsil qırıcıların ekipajları arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə həsr olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər