16 Aprel 2023 15:42
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisinin xüsusi təyinatlıları ölkənin şərqindəki Van vilayətinin Erciş rayonunda iki PKK terrorçusunu zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Baş Polis İdarəsindən bildiriblər.

Məlumata əsasən, Kəşfiyyat şöbəsi ilə əlaqəli şəkildə keçirilən əməliyyat Yanktəpə kəndi yaxınlığında keçirilib. Kəşfiyyat pilotsuz uçan aparatlardan istifadə edilib

Terrorçulardan biri, "Hejar Ronya Serhat" ləqəbli Sevilay Akyıldırım Türkiyədə "mavi" kod rəngi ilə axtarışda olan terrorçular siyahısında idi.

Əməliyyatın uğurlu keçirilməsini Türkiyənin daxili işlər naziri Süleyman Soylu da təsdiqləyib.


Müəllif: Teleqraf.com