17 Aprel 2023 11:44
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyasına (CHP) yaxınlığı ilə tanınan “Metropoll” araşdırmalar mərkəzinin sədri Özər Şəncar seçki kampaniyaları ilə bağlı maraqlı fikirlər səsləndirib.

Teleqraf.com xəbər verir ki, 2015-ci il seçkilərində CHP-nin bir ABŞ şirkəti ilə çalışdığını bildirən Şəncar Kamal Kılıçdaroğlunun partiyasının seçkiqabağı prosesi yaxşı idarə etdiyini deyib.

Şəncar 2015-ci ildə olduğu kimi bu prosesdə də “kənar əl”ə işarə edib. Bununla belə, bu “kənar əl”in kim olduğunu bilmədiyini iddia edib.

“Xüsusən də son üç ayı nəzərdə tuturam. CHP çox yaxşı bir kampaniya aparır, bunu çox uğurlu hesab edirəm. Bu kampaniyanın yerli türk vətəndaşları tərəfindən təşkil olunduğunu düşünmürəm. Burada kənar əl var. Ona görə də bunun peşəkar əl olduğunu düşünürəm”, - Şəncar bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər