17 Aprel 2023 17:48
4 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qrupunun muzdluları Ukraynanın Artemovsk şəhərinin şimal-qərb ərazilərini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qruplaşmanın döyüşçülərinə Rusiya Hərbi Hava Qüvvələrinin bölmələri, eləcə də Cənub Hərbi Dairəsinin qüvvələri kömək ediblər.

Nazirlik Ukrayna ordusunun Donetsk vilayətinin Boqdanov, Çasov Yar və Konstantinov rayonları yaxınlığında ağır itkilər verdiyini də iddia edir. Həmin iddiaya görə, Ukrayna döyüşlərdə 270-dən çox hərbiçisini, 1 tank, 1 PDM, 7 zirehli texnikasını itirib.


Müəllif: Əsəd Məmmədəliyev