17 Aprel 2023 20:38
3 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın ölkəmizə qarşı apardığı müharibə nəticəsində Ukraynanın bəzi şəhərləri yox ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Ali Radanın Şəhərsalma Komitəsinin sədri Alyona Şulyak deyib.

Onun sözlərinə görə, Ali Rada üzvləri yaşayış məntəqələrinin bərpası üçün qanunverici işlərlə məşğuldurlar.

“Artıq dağıdılmış yaşayış məntəqələrinə gəlincə, təəssüf ki, bizdə belə kəndlər, şəhərlər var. Keçən il müvafiq qanun qəbul etmişik, bu da ilk növbədə işğaldan azad edilmiş ərazilərlə əlaqəlidir”, - Şulyak bildirib.

Deputatın fikrincə, bərpa işlərinə başlamazdan əvvəl bir neçə məqamın təhlilini özündə əks etdirən strateji sənəd hazırlamaq lazımdır: iqtisadi aspekt, demoqrafik vəziyyət, minalardan təmizləmə, eləcə də ekoloji komponent.

“Bundan sonra nəyin bərpa olunub, nəyin olunmayacağını müzakirə edə bilərik. Yalnız bundan sonra birbaşa dizayn və tikinti işlərinə davam edə bilərik. Təəssüf ki, müvafiq hesablamalardan sonra belə (tamamilə yox olan) şəhərlər ola bilər”, - Şulyak söyləyib.

Ukrayna ordusunun generallı Aleksandr Sırski rus ordusunun Baxmut şəhərində Suriyada tətbiq olunmuş “yandırılmış torpaq” taktikasından istifadə etdiyini bildirib. General rusların hava zərbələri və artilleriya ilə binaları və infrastrukturu məhv etdiklərini deyib.

Avdiv də getdikcə Qiyamətdən çıxmış şəhərə bənzəyir. Donetskin regional rəhbəri Pavlo Kirilenkonun sözlərinə görə, Rusiya qoşunları Avdivi tamamilə dağıdıblar.

Ruslar Marin şəhərini də yer üzündən siliblər. Ələ keçirmək üçün uzun və uğursuz cəhdlərdən sonra raket və artilleriya ilə şəhəri tamamilə darmadağın ediblər.

Ukraynada yerlə-yeksan edilmiş onlarla belə şəhər və kənd var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər