2014-cü il 6-8 oktyabr tarixində Türkiyəyə yönəlik hərbi təxribatla (Kobani olayları) bağlı keçmiş HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağla yanaşı, 108 müttəhimin mühakimə olunduğu cinayət işində gizli şahidin diqqətçəkən etirafı üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
Hadisələrin plan üzrə həyata keçirildiyi, bunun Qəndildə müzakirə edildiyi, kuryerlər vasitəsilə Dəmirtaşa çatdırıldığı, bundan sonra əmr və göstərişlərin verildiyi bildirilib.
Sənəddə PKK/KCK terror təşkilatının roluna da diqqət çəkilir.
Gizli şahid həll prosesinin sona çatmasını istəyən Fransa və ABŞ-ın Türkiyədə vətəndaş müharibəsinin başlamasını istədiyini də iddia edib:
“Xüsusilə Fransa və Amerika həll prosesinin bitməsini istəyirdi. Davamlı olaraq deyirdilər ki, “hücum etdiyiniz müddətdə sizə lazım olan bütün gücü verəcəyik. Lazım gələrsə, BMT sülhməramlı qüvvələri, NATO olaraq Türkiyəyə girəcəyik. Türkiyədə vətəndaş müharibəsi başlasın, NATO iştirak edəcək, bufer zona yaradacağıq. Şərqlə qərb arasında bufer zona yaradılacaq. Kürdüstan deyilən bölgə sizə qalacaq”.