23 Aprel 2023 12:17
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya hərbi kəşfiyyat peykini orbitə çıxarmağa hazırlaşarkən, Yaponiya peyki daşıyan raketin öz ərazisinə düşəcəyi ehtimalına qarşı hazır vəziyyətdədir.

Teleqraf.com xəbər verir ki, Koreya lideri Kim Çen Inın təlimatından sonra Yaponiya hökuməti ordu hissələrini xəbərdar edib.

Yaponiya müdafiə naziri Xamada Yasukazu peyki daşıyacaq raketin ölkə ərazisinə düşə biləcəyi ehtimalına qarşı orduya "hazır ol" əmri verib.

"Patriot" və "Aegis" raketləri ilə təchiz edilmiş esmineslər bu duruma qarşı hazır vəziyyətə gətirilib.

Şimali Koreyanın Milli Aeronavtika və Kosmos İdarəsi 2022-ci ilin dekabrında açıqlamışdı ki, ölkənin hərbi kəşfiyyat peykinin orbitə buraxılmasına hazırlıq 2023-cü ilin aprel ayına qədər tamamlanacaq.

Pxenyan 2012-2016-cı illərdə peyk daşıdığını açıqladığı ballistik raketləri buraxmışdı. Raketlər Yaponiyanın Sakşima adasına düşmüşdü.

Şimali Koreyanın hərbi peykini daşıyan yeni raketin buraxılış tarixi isə açıqlanmayıb. Yaponiya hökuməti bunun qarşıdakı həftə ərzində ola biləcəyini təxmin edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər